AZ

“AFB Bank” - TENDER ELAN EDİR

“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir

Tenderin adı: Bankomatlarda insidentlərin monitorinqi üzrə proqram təminatının alınması

Tenderin elan tarixi: 01.05.2024

Tenderin son tarixi : 14.05.2024

Texniki tələblər:

  • Windows XP/7/10 əməliyyat sistemləri dəstəklənməlidir;
  • Rəqəmsal siqnalı dəstəkləməlidir;
  • Minimum iki kameranı dəstəkləməlidir;
  • JPEG, AVİ, MP4 formatında video və şəkilləri çəkilməli və  yaddaşda saxlanılmalıdır;
  • Bankomat;n elektron jurnalı ilə inteqrasiya edilməlidir;
  • Şəkildə kart nömrəsinin son 4 rəqəmi və əməliyyatın baş vermə tarixi əks olunmalıdır;
  • Kameralarının onlayn monitorinqi və statusunu görmə imkanı olmalıdır;
  • Həyəcan siqnallı  statusları elektron poçta  göndərmək imkanı olmalıdır;
  • Məlumatlar mərkəzi serverdə saxlanılmalıdır;
  • Proqram təminatında təhlükəsizlik yeniləmələri  dəstəklənməlidir;
  • Video, foto görüntülər minimum 6 ay saxlama imkanı olmalıdır;
  • Bütün əməliyyatlar loglanmalıdır ( uğurlu, uğursuz , saat , tarix və s. ) və minimum 6 ay saxlama imkanı olmalıdır
  • Proqram təminatında imtiyazli istifadəçilərə MFA funksiyasını tətbiq etmək imkanı olmalıdır;
  • Proqram təminatında baş verən bütün əməliyyatlar, əməliyyat detalları və verilənlərin şifrələnməsi dəstəklənməlidir;

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
  • İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
  • tender təklifi 15.06.2024 tarixinə kimi  qüvvədə olmalıdır;

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 

  • Optimal qiymət təklifi;
  • Texniki göstəricilərə uyğunluq;
  • Sənədləşmənin tələb olunan qaydada təşkili;
  • Sifarişin vaxtında və düzgün qaydada icrası;

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
210
3
Mənbələr
Şərh ()
Bağla