AZ

1 may - Beynəlxalq Əmək günüdür

1 may dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir.

 

Sfera.az xəbər verir ki, bu bayramın tarixi fəhlələrin ABŞ-də keçirdiyi etiraz aksiyasından başlayır. 

 

1896-cı il mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək tətilə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb ediblər. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb.

 

Üç il sonra fəhlə partiyalarının beynəlxalq birliyi - İkinci İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq 1 may gününü bütün dünya fəhlələrinin həmrəylik günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə bu bayramı qeyd ediblər. Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi zəhmətkeşlər günü kimə tarixə düşüb.

 

Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrlərdə, 1920-1991-ci illərdə 1 may ölkəmizdə də rəsmi bayram kimi qeyd edilib. 1992-ci ildə Azərbaycan hökuməti bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv edib.

 

Hazırda 1 may dünyanın 67 ölkəsində işçi bayramı günü kimi qeyd edilir.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq