AZ

Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar

Bakı, 1 may, AZƏRTAC

Güləş üzrə Azərbaycan milli komandaları Bakıda təlim-məşq toplanışı keçir.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yunan-Roma və qadın güləşi üzrə yığmaların toplanışı Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Yunan-Roma güləşçiləri aprelin 25-dən taktiki-texniki çalışmalara başlayıb. Milli komanda mayın 7-dək federasiyanın təlim-məşq bazasında hazırlıq keçəcək.

Qadın güləşçilər məsul yarış ərəfəsində son toplanışa aprelin 28-də start verib. Xalça üzərində keçirilən məşqlər mayın 8-də yekunlaşacaq.

Olimpiadada tam heyətlə iştirak hüququ qazanan sərbəst güləş millisinin hazırlıq planı isə fərqlidir. U-23 Avropa çempionatına və Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan toplanışda daha çox fiziki gücün və dözümlülüyün artırılması ilə bağlı çalışmalara üstünlük verilir. Aprelin 28-də başlayan toplanış çərçivəsində həftədə 2 dəfə taktiki-texniki məşqlər də keçirilir.

Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turniri mayın 9-12-də Türkiyənin İstanbul şəhərində təşkil ediləcək.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
6
azertag.az

7Mənbələr