AZ

SON DƏQİQƏ! Hakan Fidan açıqladı: Türkiyə dünyanın gözlədiyi addımı atdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində (Haaqa) açdığı işə müdaxilə etmək qərarına gəldiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, H. Fidan qərarı İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə birgə mətbuat konfransında bəyan edib.

O, Türkiyənin Cənubi Afrikanın 2024-cü il yanvarın 3-də etdiyi müraciəti müsbət qarşıladığını bildirib, prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Türkiyənin işə necə müdaxilə edə biləcəyi ilə bağlı araşdırmalar aparıldığını, digər ölkələrin də necə müdaxilə edə biləcəyi ilə bağlı fikir mübadiləsi aparıldığını bildirib.

“İndiyə qədər yalnız iki ölkə - Nikaraqua və Kolumbiya bu mövzuda konkret mövqe sərgiləyib və müraciət edib. Qiymətləndirmələrimiz nəticəsində bunu prezidentimizə təqdim etdik və alınan siyasi qərara uyğun olaraq, Türkiyə Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı işə müdaxilə etmək qərarına gəldi. Tədqiqatımızın hüquqi mətni tamamlandıqdan sonra bu siyasi qərarı praktikada tətbiq etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi müraciətimizi edəcəyik” - nazir qeyd edib.

Qeyd edək ki, Türkiyə 1948-ci il Soyqırımı Konvensiyasının tərəfi olduğu üçün 63-cü maddədən istifadə edərək işə müdaxilə edə bilər. Türkiyənin tərəf olması ilə işin legitimliyinin artacağı və Ankaranın bu addımının digər ölkələrə nümunə olması baxımından əhəmiyyətli olacağı bildirilir.

Cənubi Afrika Respublikasının müraciəti ilə Birləşmiş Millətlər Təşkilatının ən yüksək məhkəməsi olan Beynəlxalq Ədalət Məhkəməsi 26 yanvarda Qəzzada soyqırımın qarşısının alınması üçün İsrailə müvəqqəti göstəriş elan etmiş, lakin atəşkəs çağırışı etməmişdi.

Musavat.com 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11520
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8469
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7199
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2134
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1887
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1801
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1662
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1372
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1013
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
836
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
717
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
684
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
480
Arda Gülər dayanmır, yenə fərqləndi -
442
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
413
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
338
Arda dubl etdi - VİDEO
337
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
334
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
328