AZ

Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi

Dünyanın ən güclü komandaları siyahısında “Qarabağ” ilk 100-ə daxil ola bilməyib.
 
Məlumata görə, “köhlən atlar” 118-ci sırada qərarlaşıblar. Digər komandalarımız “Zirə”, “Turan Tovuz”, “Səbail” və “Qəbələ”də isə geriləmə müşahidə olunub.
 
Əvəzində “Sabah”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Araz-Naxçıvan” irəliləyişə nail olublar. “Qarabağ”la yanaşı, “Sabah”, “Neftçi” və “Zirə” də siyahıda ilk 1000-ə düşüblər.
 
Dünya reytinqinə “Mançester Siti” başçılıq edir. İngiltərə klubu 100 xala malikdir. İkinci sıradakı “Real Madrid”in 98, üçüncü pillədəki “İnter”in isə 97,6 xalı var.
 
Mənbə: theanalyst.com
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
5
moderator.az

10Mənbələr