AZ

İran XİN: Saxlanılan gəminin bütün ekipaj üzvləri azad edilib

İran təhlükəsizlik qüvvələri tərəfindən Hörmüz boğazında saxlanılan "MSC Aries" gəmisinin bütün ekipaj üzvləri sərbəst buraxılıb və vətənlərinə qayıda bilərlər. 

"Operativ Media" xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian estoniyalı həmkarı Marqus Tsahkna ilə telefon danışığı zamanı deyib.

"İran ərazi sularında radarını söndürən və dəniz nəqliyyatını təhlükə altına alan saxlanılan gəmi məhkəmə tərəfindən həbsdədir, lakin İran humanitar səbəblərə görə artıq kapitanın müşayiəti ilə bütün ekipajı azad edib, onlar öz ölkələrinə qayıda bilərlər", - deyə Abdullahian bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
4
operativmedia.az

9Mənbələr