AZ

Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb

Son iki ayda davam edən güclü yağışların yaratdığı torpaq sürüşməsi və daşqınlar Ruandada 49 nəfərin ölümünə səbəb olub.

“Report”un məlumatına görə, bu barədə “Sinxua” agentliyi Ruanda hakimiyyətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlakət zonasından 5 minə yaxın sakin təcili olaraq təxliyə edilib. Su təkcə evləri yox, çoxsaylı infrastruktur obyektlərini, fermerlərin əkin sahələrini basıb, yolları sıradan çıxarıb.

Artıq üç aydır ki, Şərqi Afrikada güclü yağışlar yağır. Təkcə Keniyada 188 nəfər ölüb. Uqanda və Burundidə itkilər və əhəmiyyətli dağıntılar mövcuddur. Afrika sinoptikləri hesab edirlər ki, qitənin şərqində indiki qeyri-adi güclü yağışların səbəbi El Nino iqlim fenomenidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
Mənbələr
Şərh ()
Bağla