AZ

ABŞ hökuməti “ExxonMobil” və “Pioneer”in birləşməsini təsdiqləyib

ABŞ Federal Ticarət Komissiyası (FTC) “ExxonMobil”in “Pioneer”i 60 milyard dollara satın almaq üçün müqavilə bağlamağa icazə verdiyini açıqlayıb. Tənzimləyici ilə müqavilə şərtlərinə əsasən, “Exxon” “Pioneer”in təsisçisi və keçmiş baş direktoru Skott Şeffildi direktorlar şurasına və ya məsləhətçi rolunda işə götürməməlidir. O, hakimiyyətin fikrincə, uzun illər ABŞ-ın milli maraqlarına zidd hərəkətlər edib.

Keçən ilin oktyabr ayında “ExxonMobil” “Pioneer Natural Resources”u almaq barədə razılığa gəldiyini açıqlamışdı. Sövdələşmə tam olaraq “ExxonMobil” səhmləri ilə ödəniləcək və məbləği 59.5 milyard dollar təşkil edəcək.

Bu, 1999-cu ildə şirkətin “Mobil” ilə birləşməsindən bəri ən böyük sövdələşməsi olacaq.

FTC hesab edir ki, Skott Şeffildin “Exxon”un direktorlar şurasına təyin olunması ona neft sənayesi sahəsində koordinasiya üçün əlavə imkanlar verəcək. Bundan əlavə, bu təyinat Amerika neft və qaz bazarının inhisarlaşmasını gücləndirəcək, çünki cənab Şeffild artıq qaz kəməri operatoru “Williams Companies” şirkətinin direktorlar şurasının üzvüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
50
Mənbələr
Şərh ()
Bağla