AZ

Rusiya Ukraynanın iki vilayətinə hücuma hazırlaşır – Tarix AÇIQLANDI

Rusiya Xarkov və Sumi vilayətlərinə hücuma hazırlaşır. 

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski "The Economist"ə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, rusların bu niyyətini həyata keçirməsi Donbassdakı əməliyyatlardan asılı olacaq. Skibitski proqnozlaşdırır ki, Rusiyanın növbəti böyük hücumu mayın sonu və ya iyunun əvvəlində başlayacaq. 

Kəşfiyyat məlumatlarına əsasən, Rusiya Ukraynada ümumilikdə 514 min əsgərdən ibarət quru qoşunu bölmələrini yerləşdirib. Xarkovla sərhəddə yerləşən Rusiyanın şimal qüvvələrinin sayı isə 35 000 əsgərdir. Skibitski ehtimal edir ki, yeni işğal əməliyyatı zamanı Xarkov istiqamətində əsgər sayı 50 000-70 000-ə qədər artırılacaq. Skibitski əmindir ki, rusların böyük bir şəhəri tutmaq üçün kifayət qədər resursu yoxdur. 

Skibitski qeyd edib ki, Qərb hərbi rəsmiləri də eyni fikirdədir: "Müəyyən həmlələr üçün əməliyyatlar mümkündür. Lakin Xarkov və ya hətta Suminin tutulması başqa bir sifarişdir və biz bunu bilirik. Buna görə də indi köməyə ehtiyacımız var".

Xatırladaq ki, Rusiya rəsmiləri ABŞ-nin və Qərbin digər ölkələrinin Ukraynaya uzunmənzilli (100-300 km) raketlər verəcəyi təqdirdə Ukrayna ilə sərhəddə bufer zona yaradacaqları ilə bağlı xəbərdarlıq ediblər. Artıq bu cür raketlərin verilməsinə başlanılıb və yəqin ki, Rusiya da əks tədbirlər görəcək. 

Məhz bu məqsədlə Xarkov və Sumi vilayətlərinə yeni müdaxilə mümkün görünür. Hər iki vilayət Ukraynanın şərqində, Rusiya ilə sərhəddə yerləşir. Xarkovun ərazisi 31,4 min kvadrat kilometr, Sumi vilayətinin ərazisi 23,8 min kvadrat kilometrdir. Hər iki vilayət qonşudur və Rusiya ilə yüzkilometrlərlə uzanan böyük sərhəddi var. Əgər Rusiya bufer zona yaratmaq istəsə, hökmən adıçəkilən vilayətlərin ərazisinə daxil olmalıdır. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15218
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11711
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9476
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3435
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2766
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2704
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2575
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2265
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1927
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1830
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1281
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
917
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
876
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
864
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
820
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
816
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
760
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Mayın ilk gününün havası açıqlanıb
710