AZ

“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Bakı. Trend:

“GSMA M360 Eurasia 2024” konfransı bu il Bakıda çoxsaylıbeynəlxalq və regional məruzəçilərin iştirakı ilə baş tutacaq.Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğuilə 15-16 may tarixlərində keçiriləcək.

“GSMA M360” çərçivəsində rəqəmsal dövrün ən aktualtendensiyaları gündəmə gətiriləcək. Konfransda süni intellekt,kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması, yeni nəsilşəbəkələr, yaşıl texnologiyar və digər mövzular ətrafında fikirmübadiləsi aparılacaq. Eyni zamanda, Rəqəmsal DNT (Digital DNA)mövzusuna həsr olunmuş sessiyada gələcək nəsillərin yeni dövrəuğurlu adaptasiyası üçün lazımlı bacarıq və qabiliyyətlər haqqındadanışılacaq.

Ötən tədbirin olduqca səmərəli keçməsi sayəsində bu il konfransaMicrosoft, Google, Amazon Web Services, Word Bank, e&International, Beeline, Vodafone Group, Turkcell, East Telecom vədigər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilərqatılacaq. Konfransda həm regionun, həm də digər ölkələrin rəqəmsaltransformasiyasının sürətləndirilməsi üçün bazar iştirakçılarınınbirgə fəaliyyətinin əhəmiyyəti bir daha vurğulanacaq.

Qeyd etmək lazımdır ki, COP29 ərəfəsinə təsadüf edən bukonfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG)prinsiplərinə həsr olunmuş sessiya ilə başlayacaq. Bu sessiyadarəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri,dayanıqlı inkişaf və sıfır karbon emissiya məqsədlərinə nail olmaqüçün bütün sektorlar arasında qarşılıqlı əməkdaşlığın vacibliyivurğulanacaq. Qlobal telekommunikasiya liderlərinin bu hədəfəçatmaq üçün gördüyü işlər, rəqəmsal innovasiyaların ətraf mühitindayanıqlığına verdiyi töhfə barədə danışılacaq.

Tədbirdə maraqlı məruzələrin və panel iclaslarının baş tutmasıgözlənilir. Eyni zamanda, konfrans yeni əməkdaşlıqların qurulmasıüçün əla platforma rolunu oynayacaq. Bu da öz növbəsində dahatəhlükəsiz və dayanıqlı gələcəyin yaradılması istiqamətindəeffektiv strategiyaların hazırlanmasına səbəb olacaq.

“JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq butədbirdə iştirak etmək üçün GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçməkolar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
30
az.trend.az

3Mənbələr