AZ

"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron

 
"Qərbin qarşısında duran başlıca vəzifə Moskvaya qalib gəlməyə imkan verməməkdir, Rusiya bizim hamımızın bildiyi və həmişə gördüyümüz təhlükədir..."
 
Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Qərb ölkələri öz hərbçilərini Ukraynaya o halda göndərə bilər ki, Rusiya ordusu cəbhəni yara biləcək və Kiyevdən müvafiq sorğu daxil olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "The Economist" qəzetinə müsahibəsində deyib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Fransa lideri vurğulayıb ki, hazırda Qərbin qarşısında duran başlıca vəzifə Moskvaya qalib gəlməyə imkan verməməkdir, çünki o zaman Rusiya digər Avropa ölkələrinə hərbi müdaxilə edə bilər.
 
"Rusiya bizim hamımızın bildiyi və həmişə gördüyümüz təhlükədir. Mən bütün avropalılar adından, xüsusilə Almaniya və Fransa adından bunu bəyan edirəm", - Makron deyib.
 
O, əlavə edib ki, bir çox ölkələr Fransanın mövqeyini bölüşür, onunla razıdır və məsələnin bu cür qoyuluşunu düzgün hesab edir.
 
"2022-ci ilin yayında NATO sammitində biz hamımız tanklar, uzaqmənzilli raketlər, təyyarələrin tədarükünü istisna etmişdik. Hazırda biz hamımız bunun üzərində işləyirik, ona görə də bütün yerdə qalanları da istisna etmək düzgün deyil", - Fransa prezidenti xatırladıb.
 
Makron ilk dəfə deyil ki, Qərb hərbçilərunin Ukraynaya göndərilməsindən danışır. 
 
Bu ilin fevral ayında o, həmçinin qeyd edib ki, "heç nəyi istisna etmək olmaz". O zaman Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, bu, Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşmaya gətirib çıxaracaq.
 
Bu dəfə Makronun müsahibəsinə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova münasibət bildirib.
 
Onun fikrincə, Fransa prezidentinin fikirləri "sanki həftənin günləri ilə bağlıdır". "Onun tsikli belədir", - Zaxarova SİTA agentliyinə məlumat verib, lakin nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
16
Mənbələr
Şərh ()
Bağla