AZ

Rusiya şəkər ixracına müvəqqəti qadağa qoyub

Rusiya hökuməti qamış və ya çuğundur şəkərinin və kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa tətbiq edib.Bu barədə Rusiya Nazirlər Kabinetinin teleqram kanalında bildirilib.

"Məhdudiyyət 31 avqust 2024-cü il tarixinədək qüvvədə olacaq. Qərar daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıyır”, – NK diqqətə çatdırıb.

Eyni zamanda, Avrasiya İqtisadi Birliyinin (Aİİ) dörd ölkəsinə məhdud səviyyədə ixraca icazə veriləcək:

Ermənistan 28 min ton;
Belarus 5 min ton;
Qazaxıstan 120 min ton;
Qırğızıstan 28,5 min ton.

Aprel ayında Rusiya hökuməti 2024-cü ildə taxıl ixracı üçün 5 milyon ton həcmində əlavə tarif kvotasını təsdiqləyib. Bu qərar iyunun 30-dək qüvvədə olacaq.


www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
273
29
Mənbələr
Şərh ()
Bağla