AZ

İtaliya silahlarından Rusiyaya atəş açmağa icazə vermədi

İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri Antonio Tajani bildirib ki, ölkəsinin Rusiya təcavüzünü dəf etmək üçün Kiyevə verdiyi silahlar yalnız Ukrayna daxilində istifadə üçün nəzərdə tutulub.


Oxu24.com  xəbər  verir  ki, Tajani bildirib ki, İtaliya Ukraynaya onun hüdudlarından kənarda istifadə edilə bilən vəsait vermir.

 

"Göndərdiyimiz bütün hərbi aktivlər yalnız Ukrayna ərazisində istifadə üçün nəzərdə tutulub", - deyə italyan siyasətçi bildirib.

 

İtaliyanın xarici işlər naziri Fransa prezidenti Emmanuel Makronun rusların cəbhə xəttini yarması halında Ukraynaya NATO qoşunlarının göndəriləcəyini istisna etməyən son bəyanatına da münasibət bildirib.

 

Tajani qeyd edib ki, İtaliya alyansın hərbçilərinin Ukraynaya göndərilməsinin əleyhinədir.

 

"NATO qərarlarını NATO qəbul edir və biz NATO-nun bir hissəsiyik. Biz Rusiya ilə müharibə aparmırıq və ruslara qarşı döyüşmək üçün qoşun göndərilməsinin əleyhinəyik", - İtaliya rəsmisi bildirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
289
29
Mənbələr
Şərh ()
Bağla