AZ

Türkiyədə daha bir partiyanın sədri istefa verir

Türkiyənin Səadət Partiyasının sədri Təməl Karamollaoğlu istefa verəcəyini açıqlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə 82 yaşlı siyasətçi TV5-in efirində bildirib.

Karamollaoğlu telekanala açıqlamasında, partiya rəhbərliyindən ayrılmasına baxmayaraq, siyasətdən getməyəcəyini deyib:

"Dostlarımızdan kim başqan olarsa, onun ən böyük dəstəkçisi, köməkçisi mən olacağam".

O, sədrlikdən çəkilməsini səhhəti ilə əlaqələndirib: "Artıq sağlamlığım bu vəzifəni yerinə yetirməyə icazə vermir. Seçki dövründə mən sadəcə dörd yerə gedə bildim. Bu, bir sədr üçün ciddi əskiklikdir".

Xatırladaq ki, daha öncə Kamal Kılıçdaroğlu CHP-dəki kreslosundan olub, İYİ Partiyada isə Meral Akşener dövrünə son verilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
5
milli.az

6Mənbələr