AZ

Azərbaycan Premyer Liqasında XXXIII tur

Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tur start götürəcək.Metbuat.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.“Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Hazırda “Sumqayıt” 50 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlində doqquzuncu olan “Kəpəz”in isə 34 xalı var.Turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” - “Neftçi” matçı isə “Azərsun Arena”da keçiriləcək. FIFA referisi Elçin Məsiyevin baş hakim olacağı qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək. Hazırda 73 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Qarabağ” ölkə çempionluğunu artıq təmin edib. “Sumqayıt”la eyni xala (50) malik “Neftçi” isə üçüncüdür.Azərbaycan Premyer LiqasıXXXIII tur4 may16:30. “Kəpəz” – “Sumqayıt”Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu19:30. “Qarabağ” – “Neftçi”Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Azərsun Arena”

Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
9
metbuat.az

10Mənbələr