AZ

Blinken HƏMAS-dan müsbət cavabın gözlənildiyini açıqladı

Birləşmiş Ştatlar Qəzza sektorunda atəşkəs rejimi və girovların mübadiləsi təklifinə HƏMAS hərəkatının müsbət cavab verəcəyinə ümid edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken deyib.

O, Qəzza sektorun cənubunda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi zərurətindən danışarkən dinc sakinlərin müdafiəsi üçün konkret plana malik olmayan İsrailin Rəfahda genişmiqyaslı əməliyyat keçirməsini dəstəkləmədiklərini vurğulayıb.

“The Washington Post” qəzeti də yazır ki, Vaşinqton administrasiyası razılaşmadan imtina edəcəyi təqdirdə HƏMAS nümayəndələrini Qətərdən qovmağı tövsiyə edib. Nəşr yazır ki, Antoni Blinken bu mesajı Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşündə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
19
publika.az

10Mənbələr