AZ

Xarkovda silsilə partlayışlar baş verib

Hava hücumu xəbərdarlığı elan edildikdən sonra Xarkovda bir sıra yeni partlayışlar baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın “Public” telekanalı öz Telegram kanalında məlumat yayıb.

“Xarkovda, ehtimal ki, şəhərdən kənarda silsilə partlayışlar eşidilib”, – yayımçının bəyanatında deyilir.

Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumata görə, Xarkov vilayətində hava hücumu xəbərdarlığı qüvvədə qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
242
1
Mənbələr
Şərh ()
Bağla