AZ

Naxçıvanda sabiq komitə sədrinin məhkəməsi başlayır

Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmovun barəsində olan cinayət işi üzə ibtidai istintaq başa çatıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Muxtar Respublikanın Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hüseyin Məmmədovun icraatına verilib.

Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə H.Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Xatırladaq ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR-in maliyyə naziri məsuliyyətə cəlb olunaraq həbs edilib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
9
yenisabah.az

10Mənbələr