AZ

Millimiz Qazaxıstanla qarşılaşacaq

Azərbaycanın futbol üzrə əsas milli komandasının daha bir rəqibi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Millimiz yoldaşlıq oyununda Qazaxıstanla qarşılaşacaq. İyunun 11-dəki matç Macarıstanın “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
353
4
baku.ws

10Mənbələr