AZ

60 ildə ilk dəfə prezident seçkisi keçirdilər, qan töküldü

Çadda prezident seçkilərində bir sıra insident baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Alwihda" portalı məlumat yayıb.

Məlumata görə, Çadın ikinci böyük şəhəri Moundouda bir neçə nəfər seçki məntəqələrindən birində səs verməyə cəhd edib. Gələnlərin seçici vəsiqələri olmadığı üçün seçki komissiyasının üzvləri onlara icazə verməyiblər. Gələnlərdən biri səsvermə qutusunun yanındakı insanlara odlu silahla atəş açıb. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Həmçinin Abeçedə seçki məntəqəsinin mühafizəçisi xəncərlə öldürülüb.

Qeyd edək ki, bu seçkilər Çad üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkədə 60 ildən artıq müstəqillik tarixində hakimiyyət seçki məntəqələrində səsvermə yolu ilə deyil, bir qayda olaraq, hərbi çevrilişlər nəticəsində dəyişib.

Seçkilərin ilkin nəticələri mayın 21-də, yekun nəticələri isə iyunun 5-də açıqlanacaq. Namizədlərdən heç biri səslərin yarıdan çoxunu toplamasa, ikinci turun keçirilməsi planlaşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
5
milli.az

8Mənbələr