AZ

Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub

Uzun fasilədən sonra Rusiyanın raketdaşıyan gəmiləri yenidən Qara dənizə daxil olub.

Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.

“Hazırda Qara dənizdə “Kalibr” qanadlı raketlərini daşıyan iki Rusiya gəmisi var”, - Ukrayna HDQ-nin məlumatında qeyd olunub.

Ukrayna tərəfi iddia edir ki, Rusiya 1974-cü il noyabrın 1-də qəbul olunmuş Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiyanın müddəalarını pozur.

Mənbə: Unian

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
5
turanpress.com

6Mənbələr