AZ

Cennifer Lopezin bu libasını modelyerlər 800 saata hazırlayıblar

Amerikalı məşhur müğənni və aktrisa Cennifer Lopez təntənəli "Met Gala 2024"də insanları öz gəzəlliyi ilə heyran edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 54 yaşlı müğənni "Schiaparelli" brendindən olan libası ilə hamının diqqətini özünə cəlb edib. O, 2,5 milyon ədəd qaşla örtülmüş şəffaf libasda qüsursuz bədən quruluşunu nümayiş etdirib.

Məlumata görə, Lopezin bu libasının hazırlanmasına 800 saat əmək sərf olunub. Müğənni libasını göstərmək üçün 14 dəfə kameralar qarşısına keçib.

Cennifer Lopezin  bu libası" Met Gala 2024"də ən diqqət çəkən geyimlərdən biri olub, ulduzun stil ikonu statusunu bir daha təsdiqləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
1
milli.az

10Mənbələr