AZ

Rusiyanın Krasnodar diyarındakı neft anbarına hücum olub

Rusiyanın Krasnodar diyarının Yurovka kəndində neft anbarına dron hücumu olub.

“Report” xəbər verir ki, daha əvvəl sosial şəbəkədə yayılmış məlumatı regionun Operativ Qərargahı təsdiqləyib.

OQ-a görə, Ukrayna dronları Anapa yaxınlığındakı Yurovkanın neft bazasına hücum edib.

“Təxminən 6 PUA boğulub, lakin bir neçəsi neft bazasının ərazisinə düşüb. Nəticədə yanğın başlayıb və bir neçə rezervuar zədələnib”, – OQ etiraf edib.

Bildirilib ki, yanğının söndürülməsində 62 insan və 20 texnika iştirak edir; Anapa meri Vasili Şvets olay yerindədir.

Xatırladaq ki, daha əvvəl “VÇK-OQPU” teleqram kanalı regiona dron həmləsi olduğunu bildirərək müvafiq videogörüntüləri paylaşmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
5
Mənbələr
Şərh ()
Bağla