Bir neçə gündür Keşlə bazarının söküləcəyinə dair xəbərlər yayılır.
News365.az İTV-yə istinadla xəbər verir ki, yeni salınan yolun bu ərazidən keçməsi planlaşdırılır.
Nərimanov Rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirməyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə İctimai TV-yə bildirilib ki, hazırda tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. Tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. İşlər yekunlaşandan sonra bu barədə dəqiq nəsə demək olar.