AZ

Paşinyan istefa verməyib, mitinqdə baş nazirə qarşı impiçment proseduruna başlanacağı elan edilib

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyib.

 

Bu barədə Ermənistan KİV məlumat yayıb.

 

Bildirilib ki, arxiyepiskop Baqrat Qalstanyanın istefa üçün Paşinyana verdiyi bir saat başa çatsa da o vaxtı uzatmayıb.

 

O parlament vasitəsi ilə impiçmentə hazır olduqlarını açıqladı.

 

Arxiyepiskop mübarizənin davam etdiriləcəyini bildirib.

 

O həmçinin əlavə edib ki, hərəkatı dəstəkləyən parlamentin üç partiyasından nümayəndələrlə gələcək fəaliyyətlə bağlı məsləhətləşmə aparacaq.

 

O bu gecəni Respublika meydanında keçirəcəyini bildirib.

 

APA

Tarix: 9 May 2024, 21:36   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
3
pravda.az

7Mənbələr