Polşa Rusiya Federasiyası və Belarusla sərhədə yaxın ərazisini gücləndirməyi davam etdirməyi planlaşdırır.

İndex.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

Söhbət xüsusilə bunkerlərin tikintisindən gedir.

O bildirib ki, Polşa rəhbərliyi bunkerlərin və səngərlərin tikintisi üçün plan hazırlayır.