AZ

Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK

Bakıda 13-15 may tarixlərində "Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Olaylar.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konfransda AMEA rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də xarici ölkələrdən 30-a yaxın tanınmış seysmoloq alim və mütəxəssis iştirak edəcək.

Konfransda Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda müzakirələr aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
22
olaylar.az

10Mənbələr