AZ

Ramzan Kadırov qardaşı oğlunu “İgidliyə görə” ordeni ilə təltif edib

Çeçenistanın rəhbəri Ramzan Kadırov qardaşı oğlunu təltif edib. Bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb. Sərəncama əsasən, 27 yaşlı Hamzat Kadırova “İgidliyə görə” ordeni təqdim edilib.

Herbiand.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov öz Telegram kanalında məlumat verib.

Mükafatın dəqiq səbəbləri məlum deyil. Delimxanov öz yazısında qeyd edib ki, Hamzat Kadırov xüsusi hərbi əməliyyatın əvvəlindən çeçen döyüşçülərinə dəstək verməkdə fəal iştirak edib.

Qeyd edək ki, Hamzat Kadırov Çeçenistan baş nazirinin müavini, regionun əmlak və torpaq münasibətləri naziri və əmisinin təhlükəsizlik blokunda köməkçisidir. O, 2023-cü ildə II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninə layiq görülüb. Bundan başqa, Hamzat "Çeçenistan Qəhrəmanı" adını da alıb.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1
herbiand.az

4Mənbələr