AZ

Anton Əlixanov yeni hökumətdə nazir postunu tutacaq?

Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov yeni hökumətdə nazir postunu tutacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Vedomosti" qəzeti Rusiya Federasiyasının prezident administrasiyasına yaxın iki mənbəyə istinadən iddia edir. Nəşrin fikrincə, indiki sosial-iqtisadi şəraitdə qubernator Moskvada çox lazımdır.

Bundan əvvəl Əlixanovun özü də “Vedomosti”yə müsahibəsində prezident seçkilərindən sonra hökumət blokunun yenilənməsi ilə bağlı federal səviyyəyə keçidlə bağlı şayiələri təkzib etmişdi.

Bununla belə, nəşrin mənbələri israr edirlər ki, məmur İqtisadi İnkişaf Nazirliyi və ya Sənaye və Ticarət Nazirliyinin rəhbəri postunu tuta bilər.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
8
sia.az

10Mənbələr