AZ

İtaliya A seriyası: Çempion “İnter” rəqibini darmadağın etdi

İtaliya A seriyasının 36-cı turuna start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə “Frazinoni”nin qonağı olan “İnter” rəqibini böyük hesabla məğlub edib.

Məhsuldarlığı ilə yadda qalan görüşdə hesab 19-cu dəqiqədə açılıb.

Frattesi komandasını qələbəyə ruhlandırıb - 1:0. Fasilədən sonra hücumlarının kəsərini artıran “İnter” futbolçuları rəqibi ardıcıl dörd dəfə cəzalandırıblar. Marko Arnoutoviç 60-cı dəqiqədə fərqi ikiyə yüksəldib - 2:0. 77-ci dəqiqədə Tayon Buçanan üçüncü dəfə ev sahiblərini meydanın mərkəzinə dəvət edib - 3:0. Ardınca Lautaro Martinez dəqiq oynayıb - 4:0. Görüşdə son nöqtəni Markus Türam 84-cü dəqiqədə vurduğu qolla qoyub - 5:0.

Qeyd edək ki, üç tur öncə çempionluğunu elan edən “İnter”in 92 xalı var. “Frazinoni” 32 xalla 17-cidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
17
oxu.az

8Mənbələr