AZ

İtaliya Azərbaycanın kənd təsərrüfatı texnikasının mühüm tədarükçüsünə çevrilib-Fabio Riççi

İtaliya 2023-cü ildə Azərbaycana kənd təsərrüfatı texnikası tədarükündə Türkiyə, Çin, Belarus, Fransa və Almaniyadan sonra altıncı yerdədir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində İtaliya Kənd Təsərrüfatı Avadanlıqları İstehsalçıları Assosiasiyasının Baş direktorunun müavini Fabio Riççi deyib.

Onun sözlərinə görə, ötən il İtaliya Azərbaycana 146,7 milyon avro dəyərində avadanlıq tədarük edib ki, bu da 2022-ci illə müqayisədə 1,9 % çoxdur: “Biz Azərbaycanın zəruri kənd təsərrüfatı texnikasına olan tələbatını ödəməyə hazırıq”.

F.Riççi, həmçinin Azərbaycan şirkətlərini 6-10 noyabr 2024-cü il tarixlərində Bolonyada keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak etməyə dəvət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
50
ikisahil.az

10Mənbələr