AZ

Mourinyo "Fənərbağça"ya gəlir?

Mourinyo "Fənərbağça"ya gəlir?



 11:30 15.05.2024     182

Superliqada çempionluq uğrunda mübarizə aparan və bu həftə əzəli rəqibi “Qalatasaray”la qarşılaşacaq “Fənərbağça”da maraqlı proseslər yaşanır. 

Demedia.az xəbər verir ki, hazırkı prezident Əli Koç yenidən prezidentliyə namizəd olacağını açıqladıqdan sonra dünən axşam saatlarında kameralar qarşısına keçən sabiq prezident Əziz Yıldırım da namizədliyini irəli sürmək qərarına gəlib.

Yıldırım açıqlamasında sarı-göylü komandanı yenidən idarə etməyə can atdığını və seçkidə qalib gələcəyi təqdirdə dünyaca məşhur məşqçi Joze Mourinyonu komandanın başına təyin edəcəyini bildirib.

Sabiq prezidentin bu sözləri qısa zamanda ölkə gündəminə düşüb. Digər tərəfdən, dünyaca məşhur məşqçi təkcə Əziz Yıldırımın bir nömrəli namizədi deyil. Əli Koç cəbhəsi də 61 yaşlı məşqçi üçün cəhdlər etməyə başlayıb.

Aysun / Demedia.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
19
demedia.az

10Mənbələr