AZ

Küveytdə formalaşdırılan yeni hökumət and içib - » AzadMedia.az




Küveytdə formalaşdırılan yeni hökumətin üzvləri and içib.

Azadmedia.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Küveytin rəsmi KUNA agentliyi məlumat yayıb.

Belə ki, baş nazir Əhməd Abdullah əl-Əhməd əs-Sabah və 13 nazir Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın hüzurunda and içib.

Həmçinin Küveyt əmiri hökumətdən strateji inkişaf layihələrinin icrasını sürətləndirməyi, prioritetlərin təqvimə görə müəyyənləşdirilməsini, qardaş ölkələrlə diplomatik əlaqələrin gücləndirilməsini və əməkdaşlıq sahələrinin artırılmasını tələb edib.

Qeyd edək ki, Küveytdə yeni hökumət mayın 12-də qurulub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
269
50
azadmedia.az

10Mənbələr