AZ

Jurnalistlərin həbsinə görə Çin liderdir: Türkiyə və Rusiya isə...-Beynəlxalq Jurnalistlər Federasiyası

“Federasiyanın baş katibi Entoni Belanjer bəyan edib ki, vətəndaşların dəqiq məlumatla təmin edilməsi demokratik hüquqdur və jurnalistlərin xəbərləri maneəsiz yayması üçün onların təhlükəsizliyini təmin etmək hökumətlərin vəzifəsidir...”
 
Beynəlxalq Jurnalistlər Federasiyası (“IFJ”) öldürülən jurnalistlər və media işçiləri ilə bağlı 33-cü hesabatını dərc edib. 
 
Moderator.az xəbər verir ki, hesabat Federasiyanın rəsmi saytında yayılıb.
 
Hesabatda  2023-cü ildə 129 jurnalistin öldürüldüyü, həbs olunan jurnalistlərin sayının 427-yə çatdığı qeyd edilir. Məlumata görə, Qəzzada jurnalistlərin 70%-i öldürülüb.
 
Qeyd olunur ki, jurnalistlərin həbsinə görə Çin birinci (80%), Myanma ikinci (51%), Türkiyə üçüncü (41%), Rusiya isə dördüncü (40%) qərarlaşıb.
 
Federasiyanın baş katibi Entoni Belanjer bəyan edib ki, vətəndaşların dəqiq məlumatla təmin edilməsi demokratik hüquqdur və jurnalistlərin xəbərləri maneəsiz yayması üçün onların təhlükəsizliyini təmin etmək hökumətlərin vəzifəsidir.
 
“Bu il öldürülən jurnalistlərin sayı dövlətləri jurnalistlərin təhlükəsizliyini və müstəqilliyini qoruyacaq əsas mexanizmləri qəbul etməyə məcbur edəcək məcburi beynəlxalq sənədə nə qədər ehtiyacımız olduğunu göstərir”, - Belanger bildirib.
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
34
moderator.az

10Mənbələr