AZ

Danimarka Ukraynaya 750 milyon avro hərbi yardım paketi AYIRDI

Danimarka Ukraynaya 5,6 milyard kron (750 milyon avro) dəyərində yeni hərbi yardım paketi ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu məbləğin 2,4 milyard kronu (321 milyon avro) hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub, Vəsaitin bir hissəsi F-16 təyyarələrinin Ukraynaya təhvil verilməsinə sərf olunacaq. 

Paket həmçinin artilleriya qurğularının saxlanması, əlavə artilleriya, mərmi və tank əleyhinə minaların ötürülməsi üçün maliyyə vəsaitini nəzərdə tutur.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
234
50
bizim.media

10Mənbələr