AZ

“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert

“1990-cı lin 20 Yanvar qətliamından sonrakı günlər yadıma düşür; faciədən bir neçə gün sonra rus əsgərləri danışırdılar ki, bizə öncədən Bakıda rusların kütləvi şəkildə qətlə yetirildiyini demişdilər, ona görə də biz şəhərə daxil olan kimi qarşımıza çıxan hər kəsə atəş açırdıq. Ukraynaya qarşı da illər boyu aparılmış  oxşar təbliğat öz işini görüb...”
 
“Təbii ki, Rusiya rəhbərliyində baş verənlər cəhbədəki proseslərə də bu və ya digər dərəcədə təsir göstərir. Ancaq məsələ ondadır ki, istənilən halda, məsələn, bir müdafiə naziri Şoyqunun dəyişməsi ilə bütövlükdə Kremldəki idarəçilik sistemi, düşüncə tərzi dəyişmir”. 
 
Bu fikri Moderator.az-a açıqlamasında hazırda Ukraynada yaşayıb fəaliyyət göstərən hərbi ekspert, ehtiyatda olan polkovnik Elxan Nuriyev “Necə hesab edirsiz, Rusiya daxilində gedən son proseslər, Putinin siyasi və hərbi rəhbərlikdə etdiyi dəyişikliklər, o cümlədən Sergey Şoyqunu müdafiə naziri postundan azad etməsi cəbhədəki hərbi əməliyyatların gedişinə nə dərəcədə təsir göstərir?” sualını cavablandırarkən ifadə edib.
 
“Bildiyiniz kimi, Rusiya təxminən 360 milyard dollarlıq büdcəsinin üçdə birini, yəni 120 milyard dollarını hərbi sahəyə xərcləyir. Və sözsüz ki, müharibəyə ayrılan vəsait oğurlanır. Görünür, Putin bundan narahat olub və Şoyqunun yaxın ətrafındakıların, o cümlədən müavini Timur İvanovun da həbsi bununla bağlıdır. Müdafiə naziri təyin etdiyi şəxs – Andrey Belousov isə indiyədək Putinin baş köməkçisi olub. O, qruplaşmaların üzvü deyil, Putinin ən yaxın adamlarından biridir. Deyilənə görə, yaxşı menecerdir, odur ki, ordunu Şoyqudan daha düzgün idarə edə bilər. Lakin yenə də korrupsiyalaşmış, motivasiyası olmayan, yəni bütövlükdə nə üçün döyüşdüyünü bilməyən Rusiya ordusu yerində qalacaq. Düzdü, Rusiya əhalisinin əksər hissəsinin beyni yuyulub, onlar inandırılıb ki, guya Ukraynada kütləvi şəkildə nasistlər var, ruslara nifrət edən bir dövlət, bir qurum var. Siz də, biz də bilirik ki, bu, belə deyil. Ancaq, təəssüf ki, yanlış təbliğat öz işini görür... 1990-cı lin 20 Yanvar qətliamından sonrakı günlər yadıma düşür; faciədən bir neçə gün sonra rus əsgərləri danışırdılar ki, bizə öncədən Bakıda rusların kütləvi şəkildə qətlə yetirildiyini demişdilər, ona görə də biz şəhərə daxil olan kimi qarşımıza çıxan hər kəsə atəş açırdıq. Ukraynaya qarşı da illər boyu aparılmış  oxşar təbliğat öz işini görüb. Lakin yenə də biz axı internet dövründə yaşayırıq... Bir sözlə, Rusiya rəhbərliyindəki dəyişikliklərdən sonra da nəyinsə xüsusi dəyişəcəyini demək çətindir”, - deyə davamında ekspert bildirib.  
 
“Kreml isə silahlanma yarışına girişir, buna da ölkənin nə iqtisadiyyatı, nə də texnologiyaları yol verir. Bu gün Rusiyanın istifadə etdiyi mərmilər 1970-ci illərdə istehsal olunmuş və Şimali Koreyadan alınan mərmilərdir. Moskva sovet dövründə belə ölkələrə verdiyi mərmiləri indi geri alır. Bu gün Rusiya hərbi sənaye kompleksini  müəyyən həddə qədər qaldırıb, bundan artığını edə bilmir. Belousovun nazir təyin edilməsi də hərbi sənaye kompleksini(HSK) qaydaya salmaq, yeni növ müasir silahların, o cümlədən dronların istehsalı məqsədi güdür. Belousov da Nazirlər Kabinetində məhz Rusiyanın dronlarla bağlı dövlət proqramına rəhbərlik edən bir şəxs olub. Putin həm də özünə yaxın şəxsi nazir təyin edib ki, hərbi sahəyə ayrılan pul vəsaitlərinə nəzarət etsin, pullar ondan xəbərsiz oğurlanmasın, oğurlansa da, özü oğurlasın. Çünki Rusiyada hərbi büdcənin oğurlanması çox ciddi bir faktdır”,- deyə polkovnik vurğulayıb.
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
1
moderator.az

10Mənbələr