AZ

Almaniyada güclü yağışlar daşqınlara səbəb olub

Almaniyanın Saarland ştatında davam edən güclü yağışlar sel və daşqınlara səbəb olub.

BiG.AZ xəbər verir ki, daşqınlar səbəbindən bölgədə bir çox bina boşaldılıb.
Ölkədə olan bir çox proqramlar və tədbirlər ləğv edilib.

Almaniya Meteorologiya Ofisinin açıqlamasında bildirilib ki, təxminən 24 saat ərzində bölgədə hər kvadrat metrə 100 litr yağış yağıb.

Açıqlamada qeyd edilib ki, bölgədə yağıntılar davam edəcək, lakin onun intensivliyi azalacaq.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
4
big.az

10Mənbələr