AZ

Emin Əmrullayev Şirvanda vətəndaşları qəbul edib - FOTO

Oktyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Şirvan şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, iş yerinin daimiləşməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
533
2
tehsil.biz

10Mənbələr