Noyabrın 10-na keçən gecə İsrail hərbçiləri HƏMAS-ın Şimal Briqadasının snayper birləşmələrinin komandirini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Kəşfiyyat məlumatlarına əsasən, HƏMAS-ın Şimal Briqadasının snayper bölmələrinin rəhbəri Məhəmməd Kalout məhv edilib. İsrail ordusunun əsgərləri gecə saatlarında İsrail əsgərlərinə hücum planlaşdıran 19 Həmas terrorçusuna zərbələr endiriblər", - deyə məlumatda bildirilir.
Son 24 saat ərzində dəqiq kəşfiyyat məlumatlarından sonra İDF oktyabrın 7-də törədilən qırğında iştirak edən çoxsaylı Həmas terrorçusunu məhv edib. Məhv edilənlər arasında bölmə komandiri Əhməd Musa və taqım komandiri Ömər Əl-Hindi də olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta