Məsələ ilə bağlı Demokrat.az-ın suallarına cavab verən təhsil eksperti Vüsal Kərimli bildirdi ki, bu çox məntiqsiz və elmi əsası olmayan bir addımdır.
“Dünyanın inkişaf etmiş ölkələrinə diqqət etsək, xüsusilə Yaponiyaya baxsaq, şagirdlər nəinki birinci sinif, üçüncü sinifə qədər ümumiyyətlə dərs keçmirlər. Onlar ölkələrini tanıyırlar, müəyyən bacarıqlarınl inkişaf etdirirlər. Bununla nə etməyə çalışırlar? Əgər bu diaqnostik qiymətləndirmədirsə, yenə də qəbul edilən deyil və yaxud yerləşdirmə ilə bağlı imitahandırsa, bu baxımdan da məntiqsizdir. Çünki biz çox şahidi olmuşuq ki, bir çox uşaqlar ibtidai siniflərdə çox bilikli olurlar, böyüdükcə isə həmin bilik və bacarıqları zəifləyir. Bunların hamısı nisbi anlayışlardır. Ona görə də, bu məntiqsiz və qeyri-peşəkar yanaşmadır”.
Mehriban Mirzəzadə
Demokrat.az