Ajans.az xəbər verir ki, bu haqda şirkətin mətbuat xidməti məlumat yayıb.
“Fevralın 17-də Ulytau vilayətinin Janarkinski rayonunda, “Kazakhmys Corporation” MMC-nin Jomart mədənində çökmə baş verib. Hadisə nəticəsində 7 işçi dağıntılar altında qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur”, - deyə məlumatda bildirilir.
Dağıntı yerində təcili xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.