AZ

Filiz mədəni çökdü - 6 nəfər həlak oldu

Xilasedicilər Qazaxıstanın Ulitau rayonunda çökmüş filiz mədəninin dağıntılarını təmizləyərkən ölmüş 6 şaxtaçının cəsədini tapıblar, digərinin axtarışları isə davam edir.

Lent.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Axtarış-xilasetmə əməliyyatları zamanı bir qrup xilasedici "Kazakhmys Corporation" MMC-nin 6 əməkdaşının meyitini aşkar edib. Onların şəxsiyyəti müəyyənləşdirilir. Hazırda hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Yeddinci şəxsin axtarışları davam etdirilir", - məlumatda deyilir.


Seçilən
132
2
news24.az

10Mənbələr