Neft qiymətləri OPEC+ planları ilə bağlı xəbərlər fonunda ucuzlaşıb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 23:23-də ICE birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 2,23% azalaraq 71,19 dollar olub.
Bloomberg OPEC+ nümayəndələrinə istinadən yazır ki, ittifaq aprel ayında neft hasilatını gündəlik 138 min barel artırmağı planlaşdırır.
Treyderlər isə OPEC+ın hazırkı hasilat azaldılmasını uzadacağını gözləyirdilər.
Bloomberg yazır ki, OPEC+ Trampın təzyiqi fonunda hasilatını artırmağa başlayacaq.