1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışına dəstək olmaq, eləcə də istehlakçıları birbaşa kənd təsərrüfatı və qida məhsullarının istehsalçıları ilə əlaqələndirmək məqsədilə martın 5-dən etibarən "KOB bazar" satış yarmarkasına start verilir.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
"Yarmarka Binəqədi rayonunda, Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində yerləşir. Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək. Yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.
"KOB bazar"ın üstünlükləri:
- Təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsulları;
- Məhsulları birbaşa istehsalçıdan almaq;
- Ucuz və sərfəli qiymət;
- KOB-ların məhsullarının satışına dəstək.
Bakı sakinlərini və şəhərimizin qonaqlarını alış-verişləri üçün martın 5-dən fəaliyyət göstərəcək "KOB bazar"a dəvət edirik", - məlumatda deyilir.
Qeyd olunur ki, "KOB bazar" satış yarmarkası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə, dövlət dəstəyi hesabına fəaliyyət göstərəcək.