AZ

“Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edilir

Bakı. Trend:

Martın 4-dən “Azerbaijan Ground Service” MMC tərəfindən“Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkiledilir.

Trend xəbərverir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksininməlumatında bildirilir.

Məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımalarısahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir.İstifadəyə verilən məkandan sərnişinlərin əsasən Cənub və Qərbbölgələrinə səfərləri təmin ediləcək.

Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbimüayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxtrejimində nəzarət olunacaq.

Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada vəkassalardan əldə edə bilərlər.

İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchizedilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlarvə iaşə obyektləri yaradılıb. Yeni xidmətin təşkili sərnişinməmnunluğunun daha da artırılmasına xidmət edəcək.

Seçilən
30
42
az.trend.az

10Mənbələr