AZ

Aİ Ukraynaya 20 milyard avroluq yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır


Avropa İttifaqının Ukraynaya yeni hərbi yardım paketi hazırlaması mühüm maneələrlə üzləşib.

APA xəbər verir ki bu barədə Politico yazı dərc edib.

Qeyd edilib ki, Aİ Macarıstanın etirazına görə Kiyevə 20 milyard avroluq yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır.

Bundan əvvəl, Aİ səfirlərinin görüşündə Macarıstan Ukrayna ilə bağlı Aİ-nin Kiyevə verə biləcəyi təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım paketini ehtiva edən mətn layihəsini bloklayıb.

Aİ dövlət və hökumət başçıları martın 6-da keçiriləcək fövqəladə sammitdə Ukraynaya yeni hərbi yardımın təfərrüatlarını və həcmini müəyyənləşdirməyi planlaşdırır. Kallas, Aİ liderlərinin yeni yardımı təsdiqləyəcəyinə nikbin olduğunu bildirib.

Seçilən
23
7
apa.az

10Mənbələr