AZ

"Neftçi" bu gün "Kəpəz"lə üz-üzə gələcək

"Neftçi" futbol üzrə Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirəcək.

Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXV turda "Kəpəz"lə üz-üzə gələcək.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 17:00-da start götürəcək. Paytaxt təmsilçisi 27 xalla 6-cı, bölgə klubu 19 xalla 9-cu pillədə qərarlaşıb.

Misli Premyer LiqasıIII dövrə, XXV tur

5 mart

17:00. “Kəpəz” – “Neftçi”Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.VAR: Rauf Allahverdiyev.AVAR: Asiman Əzizli.Hakim-inspektor: Munis Abdullayev.AFFA nümayəndəsi: Asif Əliyev.Tovuz şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. "Sabah" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2.

Seçilən
20
7
anspress.com

10Mənbələr