Futbol üzrə Misli Premyer Liqasının XXVII turunun "Sabah" - "Zirə" oyununda qalib müəyyənləşməyib.
Bakıvaxtı.az-ın məlumatına görə, "Bank Respublika Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Meydan sahiblərinin heyətində 34-cü dəqiqədə Cesse Sekidika hesabı açıb. Bərabərlik qolunu isə 63-cü dəqiqədə David Volkov vurub.
Turnir cədvəlində "Zirə" 52 xalla ikinci, "Sabah" isə 35 xalla beşincidir
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" ilə (1:1), "Kəpəz" isə "Qarabağ"la (0:0) heç-heçəyə razılaşıb.