İngiltərənin "Arsenal" klubu UEFA Çempionlar Liqasında (ÇL) tarixi rekorda imza atıb.
Ölkə.az istinadən xəbər verir ki, London təmsilçisi 1/8 final mərhələsinin ilk oyununda Niderlandda PSV-ni 7:1 hesabı ilə məğlub edib.
Onlar turnir tarixində pley-off matçında səfərdə 7 qol vuran ilk komanda olub.
Cavab görüşü martın 12-də baş tutacaq.
UEFA Çempionlar Liqası
1/8 final, ilk matçlar
4 mart
"Brügge" (Belçika) - "Aston Villa" (İngiltərə) 1:3
5 mart
"Borussiya" (Dortmund, Almaniya) - "Lill" (Fransa) 1:1
PSV (Niderland) - "Arsenal" (İngiltərə) 1:7
Real (İspaniya) - Atletiko (İspaniya) 2:1
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları martın 6-na keçən gecə baş tutacaq.