AZ

Mütəşəkkil cinayətkar qrupun liderini öldürən qatillər saxlanıldı: 16 ildən sonra

Hüquq-mühafizə orqanlarının əməkdaşları 2000-ci illərdə "Daşkənd" mütəşəkkil cinayətkar qrupun lideri Sergey Nesterukla əlbir olmuş üç qatili saxlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, "Daşkənd" ləqəbli Nesteruk 2009-cu ilin aprelində pusquya düşüb. O, "Slava Piterski" kimi tanınan, "Velikolukskaya" mütəşəkkil cinayət qrupunun üzvü Vyaçeslav Sturainisin dəfnindən sonra Latviyadan Moskvaya gedirmiş. Tver vilayətinin Baltiya şossesində onun “Mercedes” markalı avtomobilinə "AK-47" və "AKS-74U" avtomatlarından atəş açılıb.

Bildirilir ki, qatillər cinayətdən 16 il sonra saxlanılıb. Onlardan biri Sankt-Peterburqda, daha ikisi isə Pskovda tapılıb. Və hazırda ömürlük həbs cəzası gözləyirlər.

Seçilən
29
1
publika.az

2Mənbələr